Bakıda avtomobil piyadanı vurub öldürdü
18 iyul 2016 14:15 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 16-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini İdris Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

# 188
avatar

Oxşar yazılar