Bakıda avtomobil məktəbli bacıları vurdu: 1 ölü, 1 yaralı
30 dekabr 2012 12:51 (UTC +04:00)

Bakıda avtomobil məktəbli bacıları vurdu: 1 ölü, 1 yaralı

Dekabrın 28-də saat 22.05 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a bildirilib ki, Bakı şəhər sakini Məmmədov Seymur Fikrət oğlu idarə etdiyi 90 RK 278 nömrə nişanlı "Fiat Doblo" markalı avtomaşınla iki qızı vurub.

 

Məlumata görə, hadisə Koroğlu Rəhimov küçəsində baş verib. Avtomobil 2002-ci il təvəllüdlü Quliyeva Gülçin Elçin qızını və onun bacısı, 8 yaşlı Pərini vurub. Azyaşlı qızlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin G.Quliyeva Kliniki Tibbi Mərkəzdə ölüb.

 

Qeyd edək ki, avtomobilin vurduğu qızlar ibtidai sinif şagirdləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4023

Oxşar yazılar