Bakı sakinindən avtomat götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Kazımovdan nömrəsi silinmiş “AKM” markalı silah, patron darağı və 30 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.