Bakıda avtobusla minik avtomobili toqquşdu: xəsarət alan var
09 aprel 2015 07:05 (UTC +04:00)

Bakıda avtobusla minik avtomobili toqquşdu: xəsarət alan var

0

Səhər saatlarında Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA-nın məlumatına görə, qəza Xətai rayonunun ərazisində, Afiyəddin Cəlilov və Natiq Əliyev küçəsinin kəsişməsində baş verib.

 

“İveco” markalı avtobusun “Chevrolet” markalı minik avtomobil ilə toqquşması nəticəsində avtobus aşıb. İlkin məlumata əsasən, 1 nəfər xəsarət alıb.

 

Hazırda hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 173

Oxşar yazılar