Bakıda avtobus yandı
08 iyul 2015 02:15 (UTC +04:00)

Bakıda avtobus yandı

0

Ötən gün axşam saatlarında respublika ərazisində iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda “İVECO” markalı avtobusun mühərrikində elektrik avadanlıqları və  salonunda iki arxa oturacağı yanıb. Avtobusun qalan hissələri yanğından mühafizə olunub.  

 

Qusar rayonu, Qoxuroba kəndində vətəndaşa məxsus yük avtomobilinin yanar hissələri, banına yığılmış 3 ton ot bağlaması və yaxınlıqda yığılmış digər vətəndaşa məxsus 3,8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar