Bakıda ağırçəkili şəxsi evdən FHN çıxarıb
Bakıda ağırçəkili şəxsi evdən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
631