Bakıda ağır qəza: <span style="color:red;">ölən var
14 aprel 2014 10:33 (UTC +04:00)

Bakıda ağır qəza: ölən var

Bakı şəhərini Xəzər rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ə.İsazadə küçəsində 1956-cı il təvəllüdlü Əli Kəlbəliyevin idarə etdiyi “Opel Omega” markalı minik avtomobili, 1963-cü il təvəllüdlü Muradov Baxşı Hüseynqulu oğlunun idarə etdiyi “KamAZ”a çırpılıb. Sürətlə hərəkətdə olan minik avtomobili yük maşınına arxadan çırpılıb. Ə.Kəlbəliyev aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

# 1054
avatar

Nizam Rza

Oxşar yazılar