APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.
Sürücü Elnur Məmədov idarə etdiyi “Ford" markalı mikroavtobusla üzü Lökbatan istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək maşını yolun təmir olunan hissəsinə qoyulan beton piltələrə çırpıb.
Qəza nəticəsində Çeçenistan vətəndaşı, 57 yaşlı Açmazova Kurcan aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Sürücü Elnur Məmmədov və maşında olan daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər Klinik xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, ölən və yaralanan sərnişinlər Çeçenistan Respublikasının vətəndaşlarıdır. Onlar Bakıya "Sədərək" ticarət mərkəzinə alış-veriş üçün gəliblərmiş. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.