Bakıda "Mercedes" avtobusu vurdu
30 iyun 2016 22:13 (UTC +04:00)

Bakıda "Mercedes" avtobusu vurdu

0

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

 

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Ələddin Heydərovun idarə etdiyi 90 OA 252 dövlət nömrə nişanlı "Mercedes"  21 nömrəli marşrut avtobusuna arxadan çırpılıb. Hadisə avtobus dayanacaqda dayandığı zaman baş verib.

 

Sürücü  Ə.Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqdakı avtobusa çırpıb.

 

Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq "Mercedes" markalı maşına  ciddi ziyan dəyib. Qəza ilə bağlı Nobel prospektində bir müddət  tıxac yaranıb. Hadisə yerinə əlavə yol polisi əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar