Bakıda “ZİL”, Gəncədə “Mercedes” yandı
01 iyul 2015 04:22 (UTC +04:00)

Bakıda “ZİL”, Gəncədə “Mercedes” yandı

0

Ötən axşam Bakıda və Gəncədə yanğın hadisələri qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda “ZİL” markalı yük avtomobilinin salonu və muhərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Gəncə şəhəri, Nizami rayonunda isə vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yüksək temperaturdan avtomobilin qabaq hissəsinin üzü qarsayıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar