Bakıda “Mercedes” yol ayrıcına çırpıldı: sürücü öldü
21 iyun 2016 05:57 (UTC +04:00)

Bakıda “Mercedes” yol ayrıcına çırpıldı: sürücü öldü

0

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yol ayrıcına çırpılıb.

 

Nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Xilasedicilər K. Musayevin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 03:44-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar