Ötən gecə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Lent.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.