Bakıda 9 yaşlı uşaq yolu keçərkən xəsarət alıb
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 9 yaşlı uşaq xəsarət alıb.
APA xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
2010-cu il təvəllüdlü Məmmədzadə Kənan İlqar oğlu yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil vurub. Yaralı uşaq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.
517