Bakıda dələduzluqla məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, may-avqust aylarında, Bakı şəhər sakinləri - Nuranə Əliyevadan 2000, İlahə Paşayevadan 1000, Nurlana Nəcəfovadan 1500, Mahnur Nəcəfovadan 2500, Rasim Mütəllimovdan 1500, Humay Babayevadan 1500, Gülnarə Kərimovadan 1600, Zümrüd Vəliyevadan 1200 manat və Elnur Cəfərovdan isə səkkiz ədəd noutbuk alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Mirsamil Seyidbəyli tutulub.
Araşdırmalar davam etdirilir.