Bakıda mənzildən qadın meyiti tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonundakı mənzildə 1938-ci il təvəllüdlü Nikita Svetlana Stepanovna bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. S.Nikitanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 10:49-də başa çatıb.