Bakıda 76 yaşlı qadının meyiti tapıldı
0
0
Bakıda mənzildən qadın meyiti tapılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 76 yaşlı Haqverdiyeva Sahibə Ağasəlim qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
0
0