Bu gün Bakı şəhərinin Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsində yaşayan 1941-ci il təvəllüdlü Hacıyeva Səmayə Əliqulu qızı 3 saylı şəhər xəstəxanasına gətirilib. Qadının bədənində bir neçə bıçaq xəsarəti aşkarlanıb və o əməliyyat edilib.
İlkin məlumata görə, 72 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb. Faktla əlaqədar araşdırmalar aparılır.