Bakıda 62 yaşlı qadını küçədə döydülər
19 iyun 2016 12:07 (UTC +04:00)

Bakıda 62 yaşlı qadını küçədə döydülər

0

Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Maştağa qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayılzadə Susanna İslam qızı 14-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən Nizami küçəsində Almaz adlı şəxs xuliqanlıq zəminində onu döyüb.

 

Şikayətçi onu döyən şəxsi tanıdığını desə də, hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar