Bakıda xuliqanlıq hadisəsi baş verib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xətai prospekti 19-da qeydə alınıb.
Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Novruz Rəşid oğlu Məmmədov xuliqanlıq zəminində 2006-cı il təvəllüdlü Rəvan Röyal oğlu Yusifovu, 2009-cu il təvəllüdlü Əli Ceyhun oğlu Abbasovu və 1988-ci il təvəllüdlü Cəmilə Əsəd qızı Əsədovanı döyüb.
Hazırda polis faktla bağlı araşdırma aparır.