Bakı sakini qidadan zəhərlənərək ölüb. Lent.az-ın məlumatına görə, iyulun 23-də paytaxtın Nizami rayonu ərazisində yaşayan 57 yaşlı Marina Nəcmuddinova qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Bundan başqa iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, azyaşlı ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.