Bakıda 56 yaşlı kişi mənzilində yanaraq ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb.
Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.