Bakıda 55 yaşlı qadın mənzilində ölü tapıldı
16 mart 2015 16:14 (UTC +04:00)

Bakıda 55 yaşlı qadın mənzilində ölü tapıldı

0

Bakıda 55 yaşlı qadının mənzilində meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Qarabağli Nüşabə Yəhya qızının vəfat etdiyi müəyyən olunub. N.Qarabağlının cəsədi aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar