Bakıda 52 yaşlı kişinin meyiti dənizdən çıxarılıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü, Məmmədov Azadınin cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər.