Bakıda 4 yaşlı oğlan faciəvi şəkildə öldü
18 mart 2013 17:38 (UTC +04:00)

Bakıda 4 yaşlı oğlan faciəvi şəkildə öldü

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə 2009-cu il təvəllüdlü Əli Cabir oğlu Nəzərov yaşayış binasının yaxınlığındakı su anbarına düşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, su anbarının təxmini eni 5 metr, uzunluğu 6 metr və dərinliyi 3 metrdir. Su anbarının qaranlıq və suyun bulanıq olması səbəbindən dalğıc-xilasedicilər tərəfindən axtarış aparmaq mümkün olmayıb.

 

Su pompalar vasitəsilə çəkildikdən sonra Ə.Nəzərovun cəsədi aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

# 1306
avatar

Oxşar yazılar