Bakıda 4 otaqlı ev yanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı mansard tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.