Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 16:40-da başa çatıb.
Bundan başqa bu gün Bakı şəhəri, Binəqədi rayonunda liftdə köməksiz vəziyyətdə qalan 3 nəfər də xilas edilib.