Bakıda maşın oğurluğu ilə məşğul olan qruplaşma zərərsizləşdirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Xəzər rayonu Binə qəsəbəsindən qəsəbə sakini Maksim Məmmədova məxsus “VAZ-2101” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran qəsəbə sakinləri, 16 yaşlı 3 oğlan (R.Z, X.S və X.İ) tutulub. R.Z-nın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, 15 yaşlı oğlan (Q.Q) ilə birgə sentyabrın 8-də Arif Əliyevə məxsus “Saipa” markalı avtomobili qaçırması da müəyyən edilib.
Q.Q. da polis tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.