42 yaşlı kişi özünü  yandırmaq istəyib - <span style="color:red;">BAKIDA
12 avqust 2015 17:10 (UTC +04:00)

42 yaşlı kişi özünü yandırmaq istəyib - BAKIDA

0

Bakıda 42 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 42 yaşlı Ayaz Fikrət oğlu Hüseynov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Hadisə yerində olan insanların müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. Özünü yandırmaq istəyən şəxs polis tərəfindən saxlanılıb.

 Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar