Bakıda 40 yaşlı kişi bacanağı tərəfindən döyülərək ağır xəsarət alıb
20 iyun 2019 23:34 (UTC +04:00)

Bakıda 40 yaşlı kişi bacanağı tərəfindən döyülərək ağır xəsarət alıb

Nizami rayonunda mübahisə zəmnində bir nəfər qohumu tərəfindən döyülüb.
 
APA xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.
 
Belə ki, 1979-cu il təvəllüdlü Quliyev Gündüz Ağaqulu oğlu evdə mübahisə zəmnində bacanağı tərəfindən küt alətlə döyülüb. O, beyin silkələnməsi və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniko Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Oxşar yazılar