Bakıda 3 oğru tutuldu
27 may 2017 14:01 (UTC +04:00)

Bakıda 3 oğru tutuldu

0

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən mayın 18-də Z. Abıyevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Heydər Əhmədov saxlanılıb.

 

Habelə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə nəticəsində mayın  25-də rayon ərazisindəki evlərdən birindən 890 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılov da tutulub.

 

Həmçinin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 11-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Əhmədov da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar