Bakıda 3 nəfər dənizdə batmaq təhlükəsi yaşayıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.