Bakıda iki yük maşını toqquşub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda “KamAZ” markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub. Nəticədə, “KamAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər onu çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.