Bakıda 21 yaşlı qız faciəvi şəkildə öldü
08 oktyabr 2014 12:20 (UTC +04:00)

Bakıda 21 yaşlı qız faciəvi şəkildə öldü

0

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 17 ünvanında kirayə yaşayan Kürdəmir rayonunun Şahsevən kənd sakini, 1993-cü il təvəllüdlü Leylaxanım Vüqar qızı (soyadını dəqiqləşdirmək mümkün olmayıb) evin hamam otağında vəfat edib. Onun üzərində hər hansı zorakılıq əlaməti olmayıb. 21 yaşlı qızın hamamda olarkən dəm qazından boğulduğu ehtimal edilir.

 

Faktla bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3661

Oxşar yazılar