Bakı bulvarında OLAY: 3 nəfər xilas edildi
12 sentyabr 2016 10:04 (UTC +04:00)

Bakı bulvarında OLAY: 3 nəfər xilas edildi

0

 

Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadın verdiyi məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

 

Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Abşeron rayonu Masazır qəsəbəsinin sakini Vüsal Şahlar oğlu Alpənahov olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar