Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atmışdır.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb edilən Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:00-da başa çatıb.