Mayın 31-də Bakıda polisə qeyri-adi məlumat daxil olub. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında paytaxt sakini 1955-ci il təvəllüdlü Bağırova Mailə Ağamusa qızı müraciət edərək 19 yaşlı qızının törətdikləri barədə məlumat verib. 58 yaşlı qadın bildirib ki, onun qızı 1994-cü il təvəllüdlü Bağırova Səbinə Mirəli qızı evdən 3500 manat pulu və 10 min manat dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. 19 yaşlı qız evdən gedərkən özünə məxsus sənədləri də götürüb.
M.Bağırova qızının kiminlə hara getməsindən xəbərsiz olduğunu deyib. O Səbinənin xarakterik əlamətlərini polisə bildirib.
Hazırda müraciət əsasında zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.