Bakıda 18 yaşlı oğlana 6 bıçaq zərbəsi vurdular
11 oktyabr 2013 10:25 (UTC +04:00)

Bakıda 18 yaşlı oğlana 6 bıçaq zərbəsi vurdular

Oktyabrın 11-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonunda qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Abbasov küçəsi 9 ünvanının qarşısında 1995-ci il təvəllüdlü Məmmədov Əli Şəhriyar oğlu bıçaqlanıb. Ürək və qarın nahiyəsindən daxilə nüfuz edən 6 bıçaq xəsarəti alan 18 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

 

Araşdırmalar zamanı məlum olub ki, Ə.Məmmədovu tanışı, Yasamal rayonu Şərifzadə küçəsi 12/7 ünvanında yaşayan 18 yaşlı Əhmədov Ruslan Akif oğlu bıçaqlayıb. Gənclərin əvvəlcədən bir-birini tanıdığı da müəyyən edilib.

 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2225
avatar

Nizam Rza

Oxşar yazılar