Oktyabrın 1-də saat 21 radələrindəBakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yasamal rayon
Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salamzadə küçəsində 1977-ci il təvəllüdlü Əliyev Mübariz Məhərrəm oğlu idarə etdiyi 10 RU 415 dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü İsmayıl Elman oğlu İsmayılovu vurub. İ. İsmayılov Klinik Tibbi Mərkəzdə dünyada dəyişib.
Faktla bağlı araşdırma aparılır.