Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü
25 fevral 2016 09:45 (UTC +04:00)

Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü

0

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar