Bakıda 16 mərtəbəli binada yanğın: 40 nəfər təxliyyə edildi
05 aprel 2015 03:56 (UTC +04:00)

Bakıda 16 mərtəbəli binada yanğın: 40 nəfər təxliyyə edildi

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli  yaşayış  binasının birinci mərtəbəsindən on altı mərtəbəsinə qədər şaxtadan  keçən elektrik kabelləri 80 p.m , axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında  kabellər 3 p.m yanıb, hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 ədəd elektrik sayğacının 32 ədədi yüksək temperaturdan əriyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 40 nəfər bina sakini təxliyə olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar