Bakıda evdən silah-sursat tapılıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də 1981-ci il təvəllüdlü Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən 13 ədəd patronu ilə birlikdə lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.