Dekabrın 15-də gecə saatlarında Nəsimi küçəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Oleq Klopova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şahbaz Babayev tutulub.
24 yaşlı Ş.Babayev Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.