Bakı sakinindən külli miqdarda narkotik götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Cabbarova məxsus evə baxış zamanı 2 kiloqram 480 qram marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.