Bakı şəhər sakini Qubada qəribə yol qəzasına uğrayıb.
Lent.az-ın Report-a istinadən xəbərinə görə, taksi sürücüsü kimi fəaliyyət göstərən Qəhrəmanov Ramin İsmayıl oğlu “10-TD-057” dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilində ikən şəkil çəkmək istəyib və bu zaman maşını ilə birgə dağdan təqribən 200 metr aşağı yuvarlanaraq çaya düşüb.
Hadisə Quba-Xınalıq yolunun 31-ci km-də baş verib. Hadisə yerinə “QAZ-66” markalı avtomobil cəlb olunub və avtomobil tros vasitəsi ilə çaydan çıxarılıb.
Sürücü yüngül üz nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları gəlib və maşın polis şöbəsindəki duracağa aparılıb.