Bu gün Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər özünü yaşadığı evin pəncərəsindən atmağa cəhd edib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs intihar məqsədilə üçmərtəbəli fərdi yaşayış evinin pəncərəsinə çıxıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:50-də başa çatıb.