Bakıda daha bir nəfər bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 9-da Binəqədi rayonunun Hökməli qəsəbəsində yaşayan Vəlican Rəhimovu yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.