Ağdaşda DƏHŞƏT: toyundan qayıdan bəy kanalda boğuldu
20 sentyabr 2014 16:10 (UTC +04:00)

Ağdaşda DƏHŞƏT: toyundan qayıdan bəy kanalda boğuldu

 Bakı sakini olan nişanlı oğlan Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb.

 

1987-ci il təvəllüdlü Bakı sakini Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə nişanlısı olan qızın Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən qəflətən boğularaq dünyasını dəyişib. Onun meyitini sudan tapıb çıxarmaq hələ ki, mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.

 

Ölən şəxsin qohumu Hidayət Carçıyev bildirib ki, Fuad Rəsulov spirtli içki qəbul edən olmayıb və onun bu soyuq havada, yağışlı-yağmurlu havada çimməyə getməsi və boğularaq ölməsi inandırıcı hesab olunmur. O, bu hadisədə şübhəli məqamların olduğu bildirir. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

***

14:25

 

Bakı sakini Ağdaşda suda boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, sentyabrın 19-da Ağdaş rayonunun Kükəl kəndinin ərazisində Bakı şəhər sakini Fuad Rəsulov Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

 

 

Onun tapılması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6783
avatar

Oxşar yazılar