“ATƏT-in Bakı ofisində heç bir yoxlama keçirilmir”.
APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi brifinqdə ATƏT-in baş katibi Lamberto Zannyer deyib. O bildirib ki, ATƏT-lə Azərbaycanın əməkdaşlığı yaxşı səviyyədədir: “Apardığımız müzakirələr əməkdaşlığımızın növbəti mərhələsi ilə bağlı idi. Azərbaycan öz təkliflərini edib, biz bu təklifləri müzakirə edib, qərarlar çıxaracağıq. Bizim müzakirələrimiz yoxlamalarla deyil, gələcək əməkdaşlıqla bağlı idi”.