Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət qrafikində gecikmə baş verib.
Bu barədə “APA-Economics”ə açıqlamasında “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
N. Paşayevin sözlərinə görə, buna səbəb "Nəriman Nərimanov" metro stansiyasında yaranan texniki nasazlıq olub.
"Sadəcə qatarların hərəkətində interval pozulduğundan bütün stansiyalarda gecikmə yaranıb. Gecikmə bütün stansiyalarda yaranıb, hal-hazırda nasazlıq aradan qaldırılıb, qatarların hərəkəti bərpa olunub”, - deyə N. Paşayev bildirib.