Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Hadisə yerində olan şahidlərin trend-ə verdiyi xəbərə görə, buna "İnşaatçılar" stansiyasında qatarlardan birinin sistemində yaranmış nasazlıq səbəb olub. Məlumata görə, sərnişinlər "İnşaatçılar" stansiyasında vaqonlardan boşaldılıb.
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə bildirib ki, ilkin ehtimala görə, problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olub. Sərnişinlər düşürüldükdən sonra qatar depoya göndərilib.